Misir səfiri Topçubaşov Mərkəzini ziyarət edib
3 fevral 2026-cı il tarixində Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfiri Hüssam Eldin Reda, Missiya rəhbərinin müavini Mazen Qaber Musa ilə birlikdə Topçubaşov Mərkəzini ziyarət ediblər.
Qonaqların mərkəzin direktoru Rusif Hüseynov və tədqiqatçı Simona Skotti ilə keçirilən görüşü zamanı tərəflər regional inkişaf, əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb, Azərbaycan və Misirin xarici siyasətindəki prioritetləri müzakirə ediblər.