26 noyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov və direktor müavini Murad Muradov “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan nümayəndə heyətinin tərkibində Ermənistana səfər ediblər.
Nümayəndə heyəti iki ölkə arasında delimitasiya və demarkasiya olunmuş dövlət sərhədi hissəsindən keçərək Ermənistana daxil olub.
26–27 noyabr 2026-cı il tarixlərində keçirilən “Sülh Körpüsü” təşəbbüsünün beşinci mərhələsi Ermənistan və Azərbaycandan olan ekspertləri Track 1.5 formatında bir araya gətirir. Təşəbbüsün əsas məqsədi Ermənistan-Azərbaycan vətəndaş cəmiyyəti dialoqunun institusionallaşdırılması və etimad quruculuğu tədbirlərinin gücləndirilməsidir.
Gündəliyə həmçinin humanitar məsələlər, gənclərin iştirakı, təhsil, eləcə də hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa, dayanıqlı və uzunmüddətli tərəfdaşlıqların qurulması imkanları daxildir.






















