Koreyadan olan ekspertlər Topçubaşov Mərkəzini ziyarət edib
9 fevral 2026-ci il tarixində Koreya mərkəzli ekspertlər, Hankuk Xarici Araşdırmalar Universitetinin professorları, Bonçul Kim, Mehmet Fatih Öztarsu və Rövşən İbrahimov Topçubaşov Mərkəzini ziyarət etmişdir.
Qonaqların mərkəzin direktoru Rusif Hüseynov və ictimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Vüsal Səfərli ilə keçirilən görüşü zamanı tərəflər regional inkişaf və müxtəlif institusional fəaliyyətlər vasitəsilə Azərbaycan və Koreya ekspert icmalarını bir araya gətirmək barədə fikir mübadiləsi aparmışlar.