Rusif Hüseynov Ramsfeld təqaüdü ilə ABŞ-da səfərdədir
13 oktyabr 2026-cı il tarixində Rusif Hüseynov ABŞ-da Ramsfeld Fondunun təşkil etdiyi CAMCA təqaüd proqramına başlayıb. Bu proqram çərçivəsində Vaşinqtonda yerləşən siyasətçilər, beyin mərkəzləri və ekspertlər ilə görüş nəzərdə tutulur.
2008-ci ildə təsis edilmiş CAMCA Təqaüd Proqramı Mərkəzi Asiya, Qafqaz, Əfqanıstan və Monqolustandan olan və əsasən dövlət idarəçiliyi, akademik sahə, biznes, vətəndaş cəmiyyəti və media sahələrində fəaliyyət göstərən perspektivli peşəkarları dəstəkləmək məqsədi daşıyır. Proqram regiondaxili əlaqələrin möhkəmləndirilməsinə, liderlik bacarıqlarının inkişafına və əməkdaşlığın təşviqinə xidmət edir.
Təqaüd proqramı çərçivəsində iştirakçılar adətən ABŞ-da keçirilən beş-altı həftəlik intensiv proqramda iştirak edirlər. Proqrama yüksək səviyyəli dövlət rəsmiləri, biznes liderləri, akademiklər və region üzrə aparıcı ekspertlərlə görüşlər daxildir. Təqaüd proqramı iştirakçılara fikir mübadiləsi aparmaq, peşəkar əlaqələrini genişləndirmək, eləcə də regional və qlobal çağırışlara dair müzakirələrdə iştirak etmək imkanı yaradır.