Rusif Hüseynov APRI Forumunda çıxış edib
23 sentyabr 2026-cı ildə Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Ermənistanın "APRI Armenia" beyin mərkəzi tərəfindən təşkil olunmuş "APRI Forumu" çıxış edib.
Rusif Hüseynov "Böyük güclər arasında rəqabət şəraitində Cənubi Qafqaz ölkələrinin subyektivliyinin gücləndirilməsi" adlı panelində Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (GFSIS) baş elmi işçisi Aleks Petriaşvili və "APRI Armenia"-nın baş elmi işçisi Benyamin Poqosyan ilə birlikdə çıxış edib. Panelə "APRI Armenia"-nın Strategiya və İnkişaf üzrə vitse-prezidenti Anahide Pilibossyan moderatorluq edib.
Panel çərçivəsində Cənubi Qafqazda dəyişən geosiyasi mühit və artan xarici güclər rəqabəti fonunda Azərbaycan, Ermənistan və Gürcüstanın öz subyektivliyini və manevr imkanlarını necə gücləndirə biləcəyi müzakirə olunub. Rusif Hüseynov regionda son geosiyasi proseslər, eləcə də regional əməkdaşlıq və inteqrasiyanın genişləndirilməsi perspektivləri barədə fikirlərini bölüşüb.