Topçubaşov Mərkəzi Azərbaycan–Polşa ekspert dialoquna ev sahibliyi edib

Topçubaşov Mərkəzi Azərbaycan–Polşa ekspert dialoquna ev sahibliyi edib

2025-ci il noyabrın 7-də Topçubaşov Mərkəzi və Varşavada yerləşən Şərq Araşdırmaları Mərkəzinin (OSW) təşkilatçılığı ilə Bakıda Azərbaycan–Polşa ekspert dialoqu sessiyası baş tutub.

Çəthəm-Haus qaydalarına əsasən keçirilən müzakirə hər iki beyin mərkəzinin ekspertlərini, həmçinin Polşanın Azərbaycandakı səfirini, Polşa səfirliyinin diplomatlarını, eləcə də Azərbaycanın Xarici İşlər Nazirliyi, ADA Universiteti və BMTM nümayəndələrini bir araya gətirib.

İştirakçılar Azərbaycan–Polşa ikitərəfli münasibətlərinin tarixi və hazırkı durumu, hər iki ölkənin əsas geosiyasi proseslərə və xarici siyasət prioritetlərinə baxışları, eləcə də Cənubi Qafqazda dəyişən siyasi mənzərə, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi barədə fikir mübadiləsi aparıblar.