Polşalı ekspertlər Topçubaşov Mərkəzini ziyarət ediblər

Polşalı ekspertlər Topçubaşov Mərkəzini ziyarət ediblər

Aprelin 16-da Polşa Beynəlxalq Münasibətlər İnstitutunun ekspertləri Stefania Kolarj və Voytsex Voytaseviç Topçubaşovun Mərkəzini ziyarət ediblər. Mərkəzdən görüşdə Rusif Hüseynov, Şücaət Əhmədzadə və Şahım Əfəndiyeva iştirak edib. Görüşdə tərəflər müxtəlif məsələləri, o cümlədən regionda mövcud geosiyasi mənzərəni, Ermənistanla Azərbaycan arasındakı sülh danışıqlarını, həmçinin Qarabağın bərpa prosesini müzakirə ediblər.