Əməkdaşlarımız Bakı "Münaqişə Məktəbi"ndə iştirak edib

Əməkdaşlarımız Bakı "Münaqişə Məktəbi"ndə iştirak edib

Topçubaşovun mərkəzinin əməkdaşları Nigar Müzəffərova və Gülxanim Məmmədova 18-28 avqust tarixlərində Avrasiya Əməkdaşlıq Fondu tərəfindən təşkil olunan və Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu” (PeaCE-2) layihəsi çərçivəsində keçirilən Bakı “Münaqişə Məktəbi”ndə iştirak ediblər.

Təşkil olunmuş təlimlər zamanı iştirakçılar münaqişənin transformasiyası mövzusunda nəzəri və praktiki biliklər, həmçinin sülh quruculuğu proseslərinə töhfə verən Azərbaycan cəmiyyətinin müxtəlif nəsillərinin təcrübəsini eşitmək imkanı əldə ediblər.