Əməkdaşımız Gülxanım Məmmədova "Corridors" təşəbbüsü tərəfindən həyata keçirilən layihədə iştirak edib

Əməkdaşımız Gülxanım Məmmədova "Corridors" təşəbbüsü tərəfindən həyata keçirilən layihədə iştirak edib

Topçubaşov Mərkəzinin əməkdaşı Gülxanım Məmmədova "Corridors" (Almaniya) təşəbbüsü tərəfindən təşkil olunan "Gənc alimlər və sülh qurucularının karyera inkişafı - 2021" layihəsində iştirak edib.

Layihədə Qafqaz ölkələrindən 20 gənc alim, məzun, tələbə və vətəndaş fəalları, həmçinin münaqişə və sülhün araşdırılması sahəsində çalışan beynəlxalq ekspertlər iştirak ediblər. Seminarlar zamanı mədəniyyətlərarası komandalar öz layihələri üzərində işləyə və həmkarlarından və beynəlxalq ekspertlərdən rəy ala biliblər. Həmçinin layihə çərçivəsində iştirakçılara beynəlxalq alim və mütəxəssislərin köməyi ilə araşdırma aparmaq təklif olunub.