Topçubaşov Mərkəzi macar eksperti qəbul edib

Topçubaşov Mərkəzi macar eksperti qəbul edib

2026-cı il 19 may tarixində Topçubaşov Mərkəzi Macarıstan Beynəlxalq Əlaqələr İnstitutunun baş elmi əməkdaşı Şandor Şeremeti (Sándor Seremet) qəbul edib. O, Mərkəzin direktoru Rusif Hüseynov, direktor müavini Murad Muradov və təcrübəçi Maurits Rodenberq ilə görüş keçirib.

Görüş zamanı tərəflər Macarıstanda və Cənubi Qafqazda baş verən proseslər üzrə fikir mübadiləsi aparıblar.