Yunan tədqiqatçı Topçubaşov Mərkəzini ziyarət edib

27 may 2025-ci il tarixində məşhur yunanıstanlı tədqiqatçı, Beynəlxalq Məsələlər İnstitutunun direktoru və Yunanıstanın Amerikan Kolecinin professoru Dr. Konstantinos Filis və Yunanıstanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Dimosfenis Korallis Topçubaşov Mərkəzini ziyarət ediblər.
Qonaqların direktor müavini Murad Muradov və tədqiqatçı Məhəmməd Məmmədovla görüş zamanı Azərbaycan-Yunanıstan münasubətləri, regional və qlobal siyasətin bir sıra önəmli prosesləri, eləcə də qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.