Məhəmməd Məmmədov Gürcüstanda tədbirdə iştirak edib

Məhəmməd Məmmədov Gürcüstanda tədbirdə iştirak edib

Topçubaşov Mərkəzinin tədqiqatçısı Məhəmməd Məmmədov Noyabrın 29-30-da Gürcüstan Siyasət İnstitutunun Almaniyanın Henrix Böl Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi 3 illik "Cənubi Qafqazda Geosiyasi Dəyişikliklərin Təhlili" layihəsinin qapanış tədbirində çıxış edib. Akademiya, beyin mərkəzləri və müxtəlif səfirliklərin nümayəndələrinin iştirak etdiyi tədbirdə hər üç Cənubi Qafqaz ölkəsinin regional sülhlə bağlı yanaşmaları müzakirə edilib və regional əməkdaşlığın gələcək perspektivləri barədə detallı fikir mübadiləsi aparılıb.