Topçubaşov Mərkəzinin əməkdaşlarının təşəbbüsü ilə həyata keçirilən layihənin ilk mərhələsi baş tutub

Topçubaşov Mərkəzinin əməkdaşlarının təşəbbüsü ilə həyata keçirilən layihənin ilk mərhələsi baş tutub

11-12 mart tarixlərində Topçubaşov Mərkəzinin əməkdaşları Gülxanım Məmmədova və Nigar Müzəffərova təşəbbüsü ilə həyata keçirilən "İki od arasında: barışıq prosesində qadınlar" layihənin ilk mərhələsi baş tutub. Bu layihə Avropa İttifaqının "Stabillik və Sülhə Yardım" (IcSP) aləti tərəfindən maliyyələşdirilən "Bacarıqların artırılması və vətəndaşların iştirakı ilə sülh quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi sülh quruculuğu proseslərində iştirak edən  ekspert və fəalların perspektivlərini öyrənməklə Azərbaycanda Qadınlar, Sülh və Təhlükəsizlik gündəliyinə töhfə vermək, bu mövzularda Azərbaycan dilində kontent yaratmaq və ən əsası gender həssaslığı ilə bağlı biliklərini, barışığa və qadınların sülh quruculuğu proseslərinə cəlb edilməsinə yeni yanaşmanı inkişaf və təşviq etmək, eləcə də, direktiv orqanların münaqişə zamanı görünməyən əhali seqmentinin problemlərini həll etmə qabiliyyətini artırmaqdır.