“Qarabağın gələcəyi” müzakirələr seriyası başa çatıb

“Qarabağın gələcəyi” müzakirələr seriyası başa çatıb

Fridrix Ebert Fondunun (Almaniya) dəstəyi, Topçubaşov Mərkəzi (Azərbaycan) və Siyasi və İqtisadi Strateji Araşdırmalar Mərkəzinin (Ermənistan) təşkilatçılığı ilə "2020-ci il müharibəsindən sonra Qarabağın gələcəyi" adlı müzakirələr seriyası noyabrın əvvəllərində başa çatmışdır. 

Layihənin məqsədi azərbaycanlı və erməni siyasi ekspertlər arasında dialoqun bərpa olunması və yeni müzakirə prosesinə start verilməsidir. 

May ayında başlamış və 6 ay davam etmiş layihədə 6 mövzu ətrafında müzakirələr aparılmışdır: 
11 may:  2021-2025-ci illərdə və sonrakı dövrdə Qarabağın taleyi
3 iyun:  Türkiyə - Rusiya əlaqələri və Qarabağ
30 iyun:  ABŞ və Aİ-nin Qarabağ müharibəsindən sonrakı dövrdə rolu: humanitar yardım və onun təsirləri
13 sentyabr:  ATƏT-in Minsk qrupunun Qarabağ müharibəsindən sonrakı dövrdə rolu
8 oktyabr:  2020-ci il Qarabağ müharibəsindən sonra İranın Cənubi Qafqazda rolu
2 noyabr:  İkinci Qarabağ müharibəsindən sonra kommunikasiya xətlərinin açılması imkanları və onun sərhəddə yaşayan əhaliyə təsiri

Azərbaycan tərəfi aşağıdakı ekspertlər tərəfindən təmsil olunub:
Fərid Şəfiyev (Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri)
Anar Vəliyev (ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı)
Zaur Qasımov (Bonn Universitet Maks Veber Fondunun tədqiqatçısı)
Emin Milli (“Restart Initiative” layihəsinin təsisçisi)
Turan Qafarlı (“TRT World”-də prodüser)
Ayaz Rzayev (Topçubaşov Mərkəzinin tədqiqatçısı)

Layihənin koordinatorları Topçubaşov Mərkəzindən Rusif Hüseynov, Siyasi və İqtisadi Strateji Araşdırmalar Mərkəzindən Benyamin Poqosyan olmuş, müzakirələr Fridrix Ebert Fondunun əməkdaşları Feliks Hess və Salome Alaniyanın modetatorluğu ilə baş tutmuşdur.

Müzakirə seriyasının yekunu kimi 2022-ci ilin əvvəllərində Tbilisidə azərbaycanlı və erməni ekspertlərin iştirakı ilə üz-üzə görüşün baş tutması və nəticə kimi nəşr olunacaq hesabatın müzakirə edilməsi nəzərdə tutulur.