Dağlıq Qarabağda xarici məskunlar

Dağlıq Qarabağda xarici məskunlar

Son məlumatlara əsasən, 1 iyul 2020-ci il tarixindən etibarən Ermənistana 800 Livan əsilli erməni köçmüşdür. Onlar arasından 2 ailə isə artıq Dağlıq Qarabağda məskunlaşıb. Yaxın Şərqdən Ermənistana repatriasiya edilmiş daha bir çox erməni ailələrinin də Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirilməsi gözlənilir.  

Erməni tərəfinin bu məskulaşdırmanı humanitar missiya kimi göstərməsi və mənəvi cəhətdən əsaslandırma isə Dağlıq Qarabağ münaqişəsinə xeyli mürəkkəblik gətirir. 

Məsələnin əxlaqi tərəfi də kifayət qədər gülməli görünür; belə ki, Yaxın Şərqdən olan qaçqın ailələrinə qucaq açanlar 1 milyondan çox etnik azərbaycanlını qaçqın və ya məcburi köçkün salan qüvvələrdir. Boşaldılmış ərazilərin erməniləşdirilə bilməsi üçün həmin ərazilər indi digər ölkələrdən olan etnik ermənilərlə doldurulur. 

İstənilən halda, belə uzaqgörən olmayan siyasət yeni gələnlərin Ermənistan Respublikası əvəzinə münaqişə zonasına yerləşdirilməsi ilə onları qeyri-müəyyənlikdə saxlayır və münaqişənin həlli zamanı onların taleyi qeyri-müəyyən görünür.