Rusif Hüseynov "Yerevan Dialoqu - 2026"-da çıxış edib
5 may 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov "Yerevan Dialoqu - 2026" konfransı çərçivəsində keçirilən panel müzakirəsində çıxış edib. Ermənistan, Aİ, Gürcüstan və Türkiyə rəsmiləri ilə birgə iştirak etdiyi “Cənubi Qafqaz dönüş nöqtəsində: sülh və əməkdaşlıq perspektivləri” adlı paneldə o, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi, eləcə də ticarət və nəqliyyat təşəbbüsləri barədə fikirlərini bölüşüb.
Rusif Hüseynov konfransda digər azərbaycanlı ekspertlər Fərhad Məmmədov və Zaur Şiriyev ilə birlikdə iştirak edib.