Topçubaşov Mərkəzinin nümayəndələri Britaniya səfirinin tədbirində iştirak ediblər

9 sentyabr 2025-ci il tarixində Topçubaşov Mərkəzinin nümayəndələri Rusif Hüseynov, Murad Muradov və Simona Skotti Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən səfirin iqamətgahında təşkil olunmuş beyin mərkəzlərinin nümayəndələrinin qəbulunda iştirak ediblər. Tədbir tanınmış ekspertlərin şəbəkələşməsi, cari proseslər və gələcək layihələri müzakirə etməsini özündə ehtiva edirdi.