Ayaz Rzayev. ABŞ-Çin münasibətləri: Yeni dünya düzəni

Ayaz Rzayev. ABŞ-Çin münasibətləri: Yeni dünya düzəni

Soyuq Müharibə bitdikdən sonra ABŞ dünyada qlobal hegemon statusuna iddia edə biləcək yeganə supergücə çevrildi. Lakin Çinin son 30 ildə görünməmiş inkişafı və dünyanın ikinci böyük iqtisadiyyatına çevrilməsi onun tezliklə qlobal hegemon statusunu ABŞ-ın əlindən alacağı ilə bağlı təsəvvürlər yaratdı. ABŞ-la Çin arasında son zamanlar gedən ticarət müharibəsini də iki supergücün qlobal hegemonluq uğrunda apardıqları mübarizənin bir parçası kimi görənlər də çoxdur. Gələcəyə baxanda Birləşmiş Ştatlar qlobal hegemonluğunu qoruya biləcəkmi? ABŞ bu hegemonluğu istəyirmi? Çinin bu statusu ABŞ-ın əlindən almaq kimi bir məqsədi varmı? Əgər varsa, gələcək Çin qlobal hegemoniyası nə qədər realdır? Bu və digər suallara cavab tapmaq üçün sizi araşdırmaçı Ayaz Rzayevin təqdimatında ictimai mühazirəyə dəvət edirik.

Mühazirənin tarixi: 29 fevral 2020