Vüsal Quliyev Harvard Universiteti Davis Mərkəzinin tədqiqatçısıvə Şanxay Beynəlxalq Araşdırmalar Universitetinin Siyasi Elmlər üzrə doktorantıdır.
Yaponiyanın Kyushu Universiteti Regional Siyasət və İdarəetmə Məsələləri Proqramı nəzdində və Türkiyənin Ankara Universiteti Asiya-Pasifik Araşdırmalar Mərkəzində universitetlərarası tədqiqat proqramlarını bitirib.
O, həmçinin Magistratura təhsili müddətində Şanxay Sosial Elmlər Akademiyasının Çinşünaslıq İnstitutunda təcrübə keçmişdir. "APAM Çin Araşdırmaları – I" və "Türkiyədə Vyetnam Araşdırmaları – I" kitablarının həmmüəlliflərindən biri olmaqla yanaşı, o həm də Azərbaycan, Türk, İngilis və Çin dillərində, Avrasiya və Cənubi Qafqaz, o cümlədən, Çin və Şərqi Asiya regionunun ictimai-siyasi və sosial-iqtisadi məsələlərini təhlil edən analitik məqalələrin müəllifidir.