19-20 noyabr 2026-cı il tarixlərində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Romada NATO Müdafiə Kolleci Fondunun təşkilatçılığı ilə keçirilən və sualtı infrastrukturun təhlükəsizliyinə həsr olunan “Game Changers 2026” adlı qabaqcıl tədqiqat seminarında iştirak edib.
O, bu sahədə tədbirlər planının hazırlanmasına həsr olunmuş sessiyada açılış nitqi ilə çıxış edib, həmçinin sualtı infrastrukturun təhlükəsizliyinin mövcud vəziyyəti, risklər və çağırışlara dair panel müzakirələrində iştirak edib.









