Rusif Hüseynov NATO nümayəndə heyəti ilə görüşüb

Rusif Hüseynov NATO nümayəndə heyəti ilə görüşüb

25 iyun 2026-cı ildə Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Azərbaycanda səfərdə olan NATO nümayəndə heyəti ilə görüşdə iştirak edib.

Görüşdə Azərbaycan ekspert icmasının digər üzvləri - Milli Məclisin deputatı Fariz İsmayılzadə və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov də iştirak ediblər. NATO-nu isə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton, NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici ofisinin rəhbəri Aleksandr Vinnikov və NATO-nun Cənubi Qafqaz üzrə məsul əməkdaşı Ştefan Elqersma təmsil edib.

Görüş zamanı tərəflər Azərbaycan–NATO münasibətləri, regionda baş verən proseslər və digər geosiyasi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.