Məhəmməd Məmmədov Macarıstanda panel sessiyasında çıxış edib
3 fevral 2026-cı ildə Topçubaşov Mərkəzinin tədqiqatçısı Məhəmməd Məmmədov Dunay İnstitutu tərəfindən təşkil olunmuş “Birləşdirici dövlət: Macarıstan Mərkəzi Avropanın gələcək enerji qovşağı kimi” başlıqlı panel sessiyasında çıxış edib.
Çıxışı zamanı Məhəmməd Məmmədov Mərkəzi Avropa ölkələrinin enerji təhlükəsizliyində Azərbaycanın rolu, Macarıstanın MOL və MVM şirkətlərinin Azərbaycandakı fəaliyyəti, eləcə də Qara Dəniz Elektrik Naqili layihəsinin Macarıstan və digər Avropa ölkələri üçün strateji əhəmiyyəti kimi mövzulara toxunub.