"Politicon" yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 dekabr 2025-ci ildə Topçubaşov Mərkəzi tərəfindən təşkil olunmuş "Politicon" Yazı Müsabiqəsinin qalibləri ilə görüş təşkil edilib və onlara mükafatları təqdim olunub.
Müsabiqə çərçivəsində "Politicon" platformasına xeyli sayda məqalə təqdim olunmuş, bu yazılar arasından keyfiyyəti və məzmunu ilə seçilən məqalələr saytda dərc edilmiş və onlardan dördü müsabiqənin qalibi seçilmişdir.
Qiymətləndirmə prosesi aşağıdakı 3 əsas kriteriya əsasında aparılmışdır:
- İdeyaların orijinallığı və yazının unikallığı
- Arqumentlərin asan başa düşülməsi və məntiqi şəkildə bir-biri ilə əlaqələndirilməsi
- Tədqiqatın etibarlı mənbələrə əsaslanması
Müsabiqənin qalibləri aşağıdakı müəlliflər və yazılar olmuşdur:
1-ci yer: Məhərrəm Əkbərov - "Neo-Metternich or Richelieu? Syria’s Place in the Middle East"
2-ci yer: İncə Əliyeva - “The European Union's Approach to Arctic Indigenous Communities”
3-cü yer: Ənvər İsmayılli - “Clashing visions: the global contest of competing geopolitical projects”
4-cü yer: Gülay Kərimli - “Piri Rəis və onun sirli xəritəsi"
Topçubaşov Mərkəzi bütün iştirakçılara təşəkkür edir və qalibləri təbrik edir.