Gülxanım Məmmədova PfP Konsorsiumunun seminarında çıxış edib

Gülxanım Məmmədova PfP Konsorsiumunun seminarında çıxış edib

24 oktyabr tarixində Topçubaşov Mərkəzinin tədqiqatçısı Gülxanım Məmmədova “Süni İntellektlə Vasitələndirilən Ontoloji Təhlükəsizlik: Milli Kimliklər və Cənubi Qafqazda Davamlı Sülh” adlı paneldə çıxış edib. Panel zamanı o, “Ontoloji Təhlükəsizlik və Ermənistan–Azərbaycan Münaqişəsi: 2020-dən Sonra Kimlik Böhranları və Sülh Yolları” adlı məqaləsini təqdim edib.

Sözügedən panel, PfP Konsorsiumunun “Cənubi Qafqazda Regional Sabitlik” Tədqiqat Qrupunun 30-cu seminarı çərçivəsində keçirilib. Seminar “Bu gün və sabah: Sülh perspektivləri və yaranmaqda olan texnologiyaların riskləri” mövzusunda 23–26 oktyabr tarixlərində Avstriyanın Rişenau şəhərində baş tutub.