Gülxanım Məmmədova Vyanada ATƏT-in tədbirində çıxış edib

Gülxanım Məmmədova Vyanada ATƏT-in tədbirində çıxış edib

22 oktyabr tarixində Topçubaşov Mərkəzinin əməkdaşı Gülxanım Məmmədova Hofburqda keçirilən “Növbəti Fəsil: Qadınlar, Sülh və Təhlükəsizlik gündəliyinin 25 ili” adlı tədbir çərçivəsində ATƏT-in qadınların sülh proseslərinə effektiv şəkildə cəlb olunması mövzusunda panelində iştirak edib. Müzakirə zamanı o, sülh quruculuğu və qadınların iştirakının mövcud çağırışları və imkanları barədə fikirlərini bölüşüb.