Rusif Hüseynov Azərbaycan-Ukrayna dəyirmi masasında çıxış edib

Rusif Hüseynov Azərbaycan-Ukrayna dəyirmi masasında çıxış edib

15 iyul 2025-ci il tarixində Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AİR Mərkəzi) və Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə “Qara dəniz regionunda təhlükəsizlik çağırışları və gələcək imkanlar” mövzusunda dəyirmi masada iştirak etmişdir.

Tədbirin məruzəçilərindən biri kimi o, Azərbaycan-Ukrayna münasibətləri, Qara dəniz geosiyasəti və Şərqi Avropada müharibədən sonrakı potensial regional formatlardan bəhs edib.