Topçubaşov Mərkəzi ilə Koreya Universiteti arasında memorandum imzalanıb
 
                                                
                        
                        Noyabrın ortalarında Topçubaşov Mərkəzi ilə Koreyanın Hankuk Xarici Tədqiqatlar Universitetinin Beynəlxalq Region Araşdırmaları Mərkəzi arasında Anlaşma Memorandumu bağlanıb. Direktorlar Rusif Hüseynov və Dr. Cun Yan Kanq tərəfindən imzalanmış sənəddə akademik mübadilə, birgə tədqiqat layihələri və tədbirləri, həmçinin digər fəaliyyətlər nəzərdə tutulur.
Tərəflər arasında əlaqələrin əsası bu il iyulun ortalarında Hankuk Xarici Tədqiqatlar Universitetinin Beynəlxalq Region Araşdırmaları Mərkəzinin vitse-direktoru Dr. Givun Cunun Topçubaşov Mərkəzinə ziyarəti zamanı qoyulub.
 
             
         
                 
                 
                 
                