Ukraynalı ekspert Topçubaşov Mərkəzində olub
![Ukraynalı ekspert Topçubaşov Mərkəzində olub](https://www.top-center.org/uploads/img/posts/2024/05/02/a1png-1714634964.png)
Aprelin 30-də Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Marına Qonçaruk Topçubaşov Mərkəzini ziyarət edib. Mərkəzdən görüşdə Rusif Hüseynov və Murad Muradov iştirak edib. Görüşdə tərəflər Azərbaycan-Ukrayna münasibətlərini, müvafiq diasporların fəaliyyətini, ekspert və akademik səviyyədə əməkdaşlıq imkanlarını müzakirə ediblər.