Tiflisdə Topçubaşov-Çxeidze forumu çərçivəsində dəyirmi masa baş tutub

Tiflisdə Topçubaşov-Çxeidze forumu çərçivəsində dəyirmi masa baş tutub

Topçubaşov Mərkəzi (Azərbaycan) və “Geocase” (Gürcüstan) təşkilatlarının birgə təşəbbüsü olan Topçubaşov-Çxeidze forumu çərçivəsində ilk oflayn dəyirmi masa aprelin 26-da Tiflisdə baş tutub. Gürcü tərəfinin ev sahibliyi etdiyi görüşdə Viktor Kipiani (“Geocase” sədri), Rusif Hüseynov (Topçubaşov Mərkəzinin direktoru), Beka Boçorişvili (“Geocase” tədqiqatçısı) və Zaur Şiriyev (müstəqil tədqiqatçı) iştirak ediblər. 

Görüş zamanı regiondakı proseslər, xüsusilə Gürcüstan-Ermənistan və Azərbaycan-Ermənistan arasında baş verən cari məsələlər müzakirə olundu. Tərəflər bu cür qarşılıqlı məsləhətləşmələrin keçirilməsinin vacibliyini vurğulayaraq Topçubaşov-Çxeidze forumunu davam etmək barəsində razılığa gəldilər.