Gülxanım Məmmədova Con Smit Trast Proqramında iştirak edib

Gülxanım Məmmədova Con Smit Trast Proqramında iştirak edib

Topçubaşov Mərkəzinin tədqiqatçısı Gülxanım Məmmədova 1-13 mart tarixləri arasında Con Smit Trast Proqramında iştirak edib. Proqramda Şərqi Avropa, Cənubi Qafqaz və Orta Asiyadan 11 nəfər iştirak edib. İştirakçılar Sent-Endryus, Edinburq və Londonda müxtəlif təşkilatlarla görüşüblər, Şotlandiya və Böyük Britaniya Parlamentlərini ziyarət ediblər. Hər bir iştirakçı öz layihəsi ilə bağlı tövsiyələr əldə etmək və Böyük Britaniyanın təcrübəsini anlamaq üçün bir sıra təşkilatlarla görüşüblər. Belə ki, Gülxanım “PeaceRef”, “Beyond Borders”, “Conciliation Resources” təşkilatları ilə, eyni zamanda sülh quruculuğu sahəsində fəaliyyət göstərən şəxslərlə görüşüb.

Con Smit Trast Proqramı Şərqi Avropa, Cənubi Qafqaz və Orta Asiyadan gənc liderlərin səlahiyyətlərini artırmaq və bölgədə demokratik idarəetmə, sosial ədalət və qanunun aliliyini təşviq etmək məqsədini daşıyır.