Rusif Hüseynov Azərbaycan-Ermənistan iqtisadi normallaşması barəsində danışıb

Rusif Hüseynov Azərbaycan-Ermənistan iqtisadi normallaşması barəsində danışıb

17 dekabrda tarixində Topçubaşov Mərkəzinin direktoru Rusif Huseynov Avrasiya Əməkdaşlıq Fondu Azərbaycanın Məzun Şəbəkəsi üçün nəzərdə tutulmuş “Qabiliyyət Artırılması” təlimlər seriyası çərçivəsində keçirilmiş “Ekspert baxışı: Azərbaycan - Ermənistan münasibətlərinin gələcəyi” tədbirində çıxış edib. O, təqdimatında "Azərbaycan-Ermənistan iqtisadi normallaşması: ideyalar, imkanlar və çətinliklər" haqqında danışıb və sessiyası zamanı Azərbaycan və Ermənistan arasındakı normallaşma, iki ölkə arasında iqtisadi münasibətlərin qurulması imkanları, iqtisadi normallaşma ilə bağlı ilkin görüşlər, məsləhətləşmələr və ideyalar, həmçinin mövcud çətinliklər mövzularını əhatə edib.