Bakıda Topçubaşov Mərkəzi və GEOPOL21 təşkilatlarının birgə hesabatı təqdim olunub

Bakıda Topçubaşov Mərkəzi və GEOPOL21 təşkilatlarının birgə hesabatı təqdim olunub

21 aprel tarixində İspaniya Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Topçubaşov Mərkəzi (Azərbaycan) və GEOPOL21 (İspaniya) təşkilatlarının birgə hazırladıqları və "Cənubi Qafqaz: qlobal, geosiyasi və təhlükəsizlik baxımından əhəmiyyəti" mövzusunda olan hesabatın təqdimatı baş tutub. Təqdimatda Azərbaycandakı diplomatik korpusun və ekspert icmasının nümayəndələri iştirak etmişdir.

Həm ingilis, həm də ispan dillərində hazırlanan bu hesabat ekspert icması və ispandilli ictimaiyyət arasında bölgə haqqında məlumatlılığı artırmağı hədəfləyir.

Tədbir İspaniyanın 2023-cü ilin ikinci yarısında Avropa İttifaqı Şurasına sədrliyi ərəfəsində keçirilib. Bu isə İspaniyanın Aİ və Cənubi Qafqaz ölkələri arasında münasibətlərin inkişafına daha əhəmiyyətli töhfə perspektivlərini artırır.

Tədbirdə iki beyin mərkəzi tərəfindən hazırlanan hesabatın təqdimatı baş tutub və Cənubi Qafqazdakı geosiyasi proseslər barədə məlumat verilib. Təqdimat konfrans iştirakçıları arasında geniş müzakirə ilə davam etmişdir.