Rusif Hüseynov Tələbə Forumu panelində çıxış edib

Rusif Hüseynov Tələbə Forumu panelində çıxış edib

Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Azərbaycan Gənclər Fondu və “BirKönüllü” tərəfindən Bakıda keçirilmiş Gənclər, Sülh və Təhlükəsizlik üzrə Beynəlxalq Tələbə Forumuna qatılıb və noyabrın 25-də panelində iştirak edib. 2020-ci il Qarabağ müharibəsindən əvvəl və sonrakı regional mənzərənin müzakirə olunduğu “Cənubi Qafqaz regionunda müharibədən sonrakı təhlükəsizliyə çağırışlar” adlı paneldə Hüseynov bölgədə regional akorların mövqeyini təsvir edib. Müxtəlif ölkələrdən onlarla tələbənin iştirak etdiyi müzakirələr sual-cavab sessiyası ilə başa çatıb.