Topçubaşov Mərkəzi
Xəbər 1 dəq. oxu

İş elanı: beynəlxalq münasibətlər üzrə mütəxəssis

İş elanı: beynəlxalq münasibətlər üzrə mütəxəssis
Dərc olunub

Məqaləni dinlə Süni intellekt səsi ilə

Topçubaşov Mərkəzi Beynəlxalq münasibətlər üzrə mütəxəssis qəbulu elan edir!

Öhdəliklər və tələblər haqqında ətraflı məlumat:

Vəzifə və öhdəliklər:

- Həvalə olunmuş region/tematika üzrə hadisə və prosesləri gündəlik əsasda izləmək;

- Analitik rəy, məqalə və hesabatlar yazmaq, eləcə də Mərkəzin video-kontentinin hazırlanmasında iştirak etmək;

- Müraciət olunduğu təqdirdə digər media orqanları, beyin mərkəzləri, təşkilat və şirkətlərə müsahibələr vermək, eləcə də yerli və beynəlxalq tədbirlərdə Mərkəzi təmsil etmək.

Tələblər:

- Beynəlxalq münasibətlər, siyasi elmlər, regionşünaslıq, təhlükəsizlik, siyasi iqtisad, beynəlxalq hüquq və ya digər əlaqəli sahələr üzrə ali təhsil;

- Araşdırma, analitik yazı və təqdimat bacarıqları;

- Azərbaycan və ingilis dillərində səlis yazı və danışıq qabiliyyəti (əlavə olaraq rus, fransız, alman və digər Avropa dillərini bilənlərə üstünlük veriləcək);

- Komandada işləmək bacarığı, təşəbbüskarlıq və inkişaf üçün motivasiya;

- MS Office, Google Drive və onlayn axtarış sistemləri üzrə təcrübə.

20-30 yaş qrupuna aid olan və aşağıdakı istiqamətlər üzrə ixtisaslaşmış namizədlərə üstünlük veriləcək:

- Avropa İttifaqı institutları və mexanizmləri, eləcə də Şərq Qonşuluğu siyasəti;

- Beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının fəaliyyəti;

- “Şərq Tərəfdaşlığı”, xüsusilə Cənubi Qafqaz regionunda hərbi-siyasi təhlükəsizlik məsələləri.

Əmək haqqı iş rejimi və sahə üzrə təcrübədən asılı olaraq namizədlə razılıq əsasında müəyyən ediləcək.

Maraqlanan şəxslərin “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə öz tərcümeyi-halını (CV) və yazı nümunələrini (mövcud olduğu təqdirdə) info@top-center.org ünvanına göndərmələri xahiş olunur.

 

Yalnız müsahibəyə dəvət edilən namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 30 noyabr 2022.

Oxşar yazılar

Xəbər

Murad Muradov Romada NATO seminarında iştirak edib

19-20 noyabr 2026-cı il tarixlərində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Romada NATO Müdafiə Kolleci Fondunun təşkilatçılığı ilə keçirilən və sualtı infrastrukturun təhlükəsizliyinə həsr olunan “Game Changers 2026” adlı qabaqcıl tədqiqat semin...

21 noyabr 2026

Xəbər

Murad Muradov İyan Bond ilə görüşüb

5 noyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Londonda və Brüsseldə fəaliyyət göstərən Avropa İslahatları Mərkəzinin (Centre for European Reform) direktor müavini İyan Bond ilə görüşüb. Görüş zamanı Azərbaycan-Böyük Britani...

7 noyabr 2026

Xəbər

Vüsal Səfərli kitab təqdimat mərasimində iştirak edib

3 noyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr üzrə meneceri Vüsal Səfərli ABŞ ordusunun təqaüddə olan polkovniki Liam Kollins və mayor Con Spenser həmmüəllifi olduqları “Qarabağ uğrunda müharibə: Strategiya, texnol...

3 noyabr 2026

Xəbər

Murad Muradov "RUSI"-ni ziyarət edib edib

2 noyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Böyük Britaniyanın və dünyanın ilk beyin mərkəzi olan "Royal United Services Institute"-u (RUSI) ziyarət edib. O, institutun Beynəlxalq Təhlükəsizlik Araşdırmaları qrupunun nüma...

3 noyabr 2026

Xəbər

Murad Muradov Belçikada keçirilən forumda çıxış edib

27 oktyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Brüsseldə keçirilən “Azərbaycan və Avropa İttifaqı: Yeni perspektivlər” mövzulu Azərbaycan–Avropa İttifaqı Beyin Mərkəzləri Forumunda iştirak edib. Forum Beynəlxalq Münasibətl...

28 oktyabr 2026

Xəbər

Rusif Hüseynov Ramsfeld təqaüdü ilə ABŞ-da səfərdədir

13 oktyabr 2026-cı il tarixində Rusif Hüseynov ABŞ-da Ramsfeld Fondunun təşkil etdiyi CAMCA təqaüd proqramına başlayıb. Bu proqram çərçivəsində Vaşinqtonda yerləşən siyasətçilər, beyin mərkəzləri və ekspertlər ilə görüş nəzərdə tutulur. 2008-ci ildə təsis edil...

19 oktyabr 2026

Xəbər

Murad Muradov Fransada keçirilən konfransda çıxış edib

14 oktyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutu (IRIS) tərəfindən Parisdə təşkil olunan “Azərbaycan və onun geosiyasi mühiti: çağırışlar və perspektivlər” adlı konfran...

15 oktyabr 2026