Rusif Hüseynov Beyin Mərkəzlərinin forumunda çıxış edib

Rusif Hüseynov Beyin Mərkəzlərinin forumunda çıxış edib

Sentyabrın 28-də Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilmiş Azərbaycan Beyin Mərləzinin Birinci Forumuna qatılıb. Tədbirin Cənubi Qafqazda sülh proseslərində beyin mərkəzlərinin roluna həsr olunmuş panelində çıxış edən Rusif Hüseynov təmsil etdiyi qurumun 2020-ci ilin sonlarından etibarən Azərbaycan-erməni dialoqundakı iştirakından və töhfələrindən danışıb.