Məhəmməd Məmmədov Gürcüstanda yay akademiyasında iştirak edib

Məhəmməd Məmmədov Gürcüstanda yay akademiyasında iştirak edib

Topçubaşov Mərkəzinin tədqiqatçısı Məhəmməd Məmmədov iyul ayının 18-22-də Gürcüstan Siyasət İnstitutunun təşkilatçılığı və Henrix Böll Fondunun Tbilisi ofisinin dəstəyi ilə baş tutan Yay Akademiyasında iştirak edib. Proqram çərçivəsində iştirakçılar gürcüstanlı ekpertlər və siyasi partiya təmsilçiləri ilə regionda İkinci Qarabağ Müharibəsindən sonra baş verən əsas geosiyasi dəyişiklikləri müzakirə ediblər. Müxtəlif universitet və beyin mərkəzlərinin nümayəndələrinin də qatıldığı tədbirdə Məhəmməd Məmmədov “Rusiya-Ukrayna müharibəsinin Orta Dəhlizin qitələrarası dəmir yolu ticarətində önəminin artmasında rolu” başlıqlı təqdimatla çıxış edib.