Rusif Hüseynov Yunanıstan media nümayəndələri və ekspertləri ilə görüşlər keçirir

Rusif Hüseynov Yunanıstan media nümayəndələri və ekspertləri ilə görüşlər keçirir

Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Yunanıstana səfəri çərçivəsində bu ölkənin media nümayəndələri və ekspertləri ilə görüşlər keçirir. Belə görüşlərdən biri də Yunanıstanın ən böyük beyin mərkəzi ELİAMEP-in ofisində Dr. Panayota Manoli və həmin quruma qısamüddətli tədqiqata gəlmiş Prof. Kıvanç Ulusoy ilə baş tutmuşdur. Tərəflər hazırda Cənubi-Şərqi Avropa və post-sovet məkanında baş verən prosesləri müzakirə etmiş və əməkdaşlıq barəsində fikir mübadiləsi aparmışlar.