Topçubaşov Mərkəzinin nümayəndələri CAMCA Regional Forumunda iştirak ediblər

Topçubaşov Mərkəzinin nümayəndələri CAMCA Regional Forumunda iştirak ediblər

1 oktyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov, tədqiqatçı Saleh Salehov və təcrübəçi Süleyman Süleymanov Bakıda keçirilən CAMCA Regional Forumunda iştirak ediblər.

CAMCA Şəbəkəsi, Mərkəzi Asiya-Qafqaz İnstitutu və Rumsfeld Fondu tərəfindən təşkil olunan forum hökumət, biznes, akademik dairələr, vətəndaş cəmiyyəti və digər sahələri təmsil edən müxtəlif maraqlı tərəfləri bir araya gətirərək Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan arasında dialoqun, regional əməkdaşlığın və dayanıqlı iqtisadi inkişafın təşviqinə həsr olunub.

1–2 oktyabr tarixlərində keçirilən CAMCA Regional Forumunda iqtisadi inkişaf, təhlükəsizlik, idarəçilik, innovasiya və regionun gələcəyini formalaşdıran digər mühüm məsələlər müzakirə olunacaq.