Kanadalı qonaqlar Topçubaşov Mərkəzini ziyarət ediblər
27 fevral 2026-cı il tarixində Kanadanın Türkiyə səfirliyinin ikinci katibi Holi Vayt, Karleton Universitetinin dosenti Cef Sahadeyo ilə birlikdə Topçubaşov Mərkəzini ziyarət ediblər.
Qonaqların mərkəzin direktoru Rusif Hüseynov ilə keçirilən görüşü zamanı tərəflər Cənubi Qafqazdakı geosiyasi hadisələr, xüsusən də Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.