Məhəmməd Mehdiyev ASIAC Konfransında çıxış edib
17 dekabr 2025 tarixində Topçubaşov Mərkəzinin tədqiqatçısı Məhəmməd Mehdiyev Venesiyada keçirilən ASIAC Konfransında təqdimatla çıxış edib. O, “Kartoqrafik Mübahisələr: Google Maps və Münaqişə Bölgələrində Yer Adlarının Geosiyasəti” adlı tədqiqatını təqdim edərək rəqəmsal xəritələmə platformalarının mübahisəli sərhədləri və yer adlarını necə təsvir etdiyini, eləcə də bu təsvirlərin geosiyasi dinamikalarla necə qarşılıqlı əlaqədə olduğunu araşdırıb. Təqdimat xüsusilə Cənubi Qafqazdakı münaqişə bölgələrinə fokuslanaraq rəqəmsal mühitdə kartoqrafik seçimlərin siyasi əhəmiyyətini vurğulayıb.