Murad Muradov “Macarıstan-Türkiyə münasibətləri diqqət mərkəzində” adlı konfransda iştirak edib

Murad Muradov “Macarıstan-Türkiyə münasibətləri diqqət mərkəzində” adlı konfransda iştirak edib

27 aprel 2026 tarixində Murad Muradov Macarıstanın Sekeşfehervar şəhərində Mathias Corvinus Collegium tərəfindən təşkil olunmuş “Macarıstan-Türkiyə münasibətləri diqqət mərkəzində” adlı konfransda iştirak edib.

Murad Macarıstan ilə Türk dünyası arasında iqtisadi, ticarət və enerji əlaqələrinə həsr olunmuş paneldə çıxış edərək Azərbaycanın enerji strategiyası, Budapeşt, Ankara və Bakı arasında mövcud enerji əməkdaşlığı və onun genişləndirilməsi imkanları, Azərbaycan-Ermənistan sülh prosesinin Avrasiya bağlantılarına potensial təsiri, həmçinin Mərkəzi Asiya karbohidrogenlərinin Cənubi Qafqaz vasitəsilə ixracı barədə danışıb.