Nigar Müzəffərova gənclər işi və münaqişə transformasiyası mövzusunda təlimdə iştirak edib

Nigar Müzəffərova gənclər işi və münaqişə transformasiyası mövzusunda təlimdə iştirak edib

26-31 may tarixlərində Topçubaşov Mərkəzinin tədqiqatçısı Nigar Müzəffərova Fransanın La Feclaz şəhərində "Müharibə və silahlı münaqişələrdən zərər çəkmiş gənclərin rehabilitasiyası üçün gənclər işi" mövzusunda təlim kursunda iştirak etmişdir. Layihə İtaliya Milli Agentliyinin Erasmus+ Proqramı çərçivəsində  dəstəyi və Azərbaycan, Ermənistan, Fransa, Kosovo, Polşa,  İspaniya, İtaliya və Ukraynadan olan tərəfdaş təşkilatlarla əməkdaşlıq çərçivəsində təşkil olunub və bu ölkələrdən 30-a yaxın gənci bir yerə toplayıb.