Estoniya səfiri Topçubaşov Mərkəzini ziyarət edib

Estoniya səfiri Topçubaşov Mərkəzini ziyarət edib

22 sentyabr 2026-cı il tarixində Estoniya Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tina Nirk Topçubaşov Mərkəzini ziyarət edib. Səfir Mərkəzin direktoru Rusif Hüseynov və təcrübəçisi Süleyman Süleymanov tərəfindən qəbul olunub.

Tərəflər Cənubi Qafqazda baş verən proseslər, mövcud vəziyyət və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.