Topçubaşov Mərkəzi Rondine nümayəndə heyətini qəbul edib
14 may 2026-cı il tarixində Topçubaşov Mərkəzi İtaliyada yerləşən Rondine təşkilatının nümayəndə heyətini qəbul edib. Rondine təşkilatının beynəlxalq əlaqələr və təlim departamentinin direktoru Mauro D'Andrea, proqram meneceri Valentina Pierucci və layihə üzrə təcrübəçisi Zöhrə Məhərrəm, Mərkəzin direktor müavini Murad Muradov, tədqiqatçısı Simona Skotti və təcrübəçisi Maurits Rodenberq tərəfindən qəbul edilib.
Görüş zamanı tərəflər bir-birlərinin fəaliyyəti ilə yaxından tanış olub və mümkün əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Həmçinin qeyd olunub ki, baş qərargahı Arezzo şəhərində yerləşən və münaqişədən təsirlənmiş ölkələrdən olan tələbələri bir araya gətirən təhsil proqramları həyata keçirən Rondine Azərbaycandan olan tələbələrə də ev sahibliyi edir.