Rusif Hüseynov Macarıstan səfiri ilə görüşüb
20 mart 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Macarıstanın Azərbaycan səfirliyində səfir Tamaş Torma (Tamás Torma) ilə görüşmüşdür. Görüş zamanı Rusif Hüseynov 2025-ci ildə Topçubaşov Mərkəzinin Macarıstan tədqiqat institutları ilə əməkdaşlıqları və həmçinin Macarıstanda iştirak və təşkil etdiyi müxtəlif tədbirlər haqqında məlumat vermişdir. Eyni zamanda 2026-cı ildə Azərbaycan-Macarıstan ekspertlər icmaları arasında görülməsi planlaşdırılan işlər, xüsusilə Topçubaşov Mərkəzi və Dunay İnstitutu arasındaki müştərək layihələr barəsində fikir mübadiləsi aparmışdır.
Görüş zamanı həmçinin regionda baş verən siyasi-ictimai proseslər də müzakirə olunmuşdur.