Məhəmməd Məmmədov Azərbaycan nümayəndə heyəti üzvü kimi İrana səfər edib

Məhəmməd Məmmədov Azərbaycan nümayəndə heyəti üzvü kimi İrana səfər edib

Topçubaşov Mərkəzinin tədqiqatçısı Məhəmməd Məmmədov 18–20 noyabr tarixlərində azərbaycanlı ekspertlərin İrana səfəri çərçivəsində ölkənin aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşlərdə iştirak edib.

Səfər zamanı İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi (IPIS), Qafqaz Araşdırmaları İnstitutu və İran–Avrasiya Araşdırmaları İnstitutunda (IRAS) keçirilən müzakirələrdə regionda dəyişən geosiyasi reallıqlar, eləcə də Azərbaycan–İran münasibətlərinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin iki ölkənin beyin mərkəzləri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin reallaşdırılması və elmi-tədqiqat əlaqələrinin möhkəmləndirilməsi imkanlarını da müzakirə ediblər.