Ayaz Rzayev İtaliyada doktoranturaya başlayır

Ayaz Rzayev İtaliyada doktoranturaya başlayır

Topçubaşov Mərkəzinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə ekspert və tədqiqatçısı Ayaz Rzayev Trento Universitetinin (İtaliya) “Beynəlxalq Araşdırmalar” üzrə doktorantura proqramında təqaüdlə təhsil almaq haqqı qazanıb. Mərkəzimizdə olduğu müddətdə Ayaz bəy mərkəzin inkişafında mühüm rol oynamış, yerli və xarici auditoriya üçün önəmli araşdırmalarla çıxış etmişdir.

Biz inanırıq ki, Ayaz bəyin yeni fəaliyyəti həm özünün gələcək kariyerası, həm də Topçubaşov Mərkəzi üçün faydalı olacaqdır.