Məhəmməd Məmmədov və Simona Skotti İtaliyada konfransda çıxış ediblər

Məhəmməd Məmmədov və Simona Skotti İtaliyada konfransda çıxış ediblər

16 dekabr tarixində Topçubaşov Mərkəzinin tədqiqatçıları Mahəmməd Məmmədov və Simona Skotti Romadakı Sapienza Universitetində keçirilən illik "ASIAC" (İtaliyanın Orta Asiya və Qafqaz Araşdırmaları Birliyi) konfransında Cənubi Qafqazda Münaqişələr və Təhlükəsizlik adlı panel müzakirəsində çıxış ediblər. Məhəmməd Məmmədov Yerasx-Culfa-Mehri-Horadiz dəmir yolunun açılmasının perspektivlərini, Simona Skotti isə Azərbaycan və Ermənistan tərəflərinin Rusiya və Aİ-nin vasitəçiliyinə yanaşmalarını müzakirə edib.