Rusif Hüseynov Dunay İnstitutunun konfransında çıxış edib

Rusif Hüseynov Dunay İnstitutunun konfransında çıxış edib

9 dekabr 2025-ci ildə Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Dunay İnstitutunun təşkil etdiyi ilk Türk-Qərb Geosiyasi Dialoqunda iştirak edib və panel iclaslarından birində çıxış edib. Çıxışında o, əsasən türk ölkələrinin, xüsusən də Azərbaycanın, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı roluna toxunub.

Rusif Hüseynov həmçinin Macarıstanın Avropa İttifaqı ilə türk dünyası arasında körpü dövlət kimi özünəməxsus rolunu vurğulayaraq, bu mövqenin siyasi, iqtisadi və mədəni əməkdaşlığın daha da dərinləşməsinə şərait yarada biləcəyini qeyd edib.