Topçubahsov Mərkəzinin əməkdaşları Almatıda konfransda çıxış ediblər

Topçubahsov Mərkəzinin əməkdaşları Almatıda konfransda çıxış ediblər

Topçubahsov Mərkəzinin əməkdaşları Murad Muradov, Gülxanım Məmmədova və Simona Skotti “Mərkəzi Asiya Dəyişən Dünyada: Sülh, Təhlükəsizlik və Münaqişələrin Dinamikası” adlı konfransda iştirak ediblər. Konfrans 27–28 noyabr 2025 tarixlərində Almatıda keçirilib və Qazaxıstan-Alman Universiteti (DKU) ilə Konrad Adenauer Stiftung tərəfdaşlığı ilə təşkil olunub.

Tədbir çərçivəsində əməkdaşlarımız Mərkəzi Asiya–Cənubi Qafqaz əməkdaşlığı mövzusunda panel təşkil ediblər. Təqdimatlarında bu iki regionu birləşdirməyin önəmi, əməkdaşlığı gücləndirmə yolları, kimlik və mədəni diplomatiyanın rolu, eləcə də Aİ Qara dəniz Strategiyası mövzusuna toxunublar, bu strategiyanın hər iki regionu əlaqələndirmədək əhəmiyyətini vurğulayıblar.